
Kiməsə görə dəyişirik biz. –Niyə?
Çünki ona yaxşı
olaq deyə. Müəyyən mənada
öz azadlığımızı itiririk. Axı kiməsə görə mən niyə dəyişməliyəm? Ya
da istədiklərimdən vaz keçməliyəm?
Dəyişim dediyimiz bu
proses adətən sevgililər
arasında baş verir
və çox əfsuslar olsun ki, dəyişən tərəf çox zaman zərif (hərif) cinslər olur. Əslində
şəxsən mənə
ən pis gələn, belə olduğu zaman insanların özlərinə hakk qazandırması
olur. Ən çox yayılmış
özünümüdafiə cümləsi isə "o
mənə görə bunu edir, məndə ona görə
bunu". Məncə belə bir sual lazimdir
bu cür
insanlara - "Nəyə görə ikiniz də istədiyiniz kimi olmursunuz?" Deyəsən buna "qarşılıqlı güzəşt" deyirlər. Amma mən
buna "ferqində belə olmadan dəyişmə" deyərdim. Bəlkə də bu pis bir
şey deyil, ama
əminəm ki, heç
yaxşı da deyil. Onsuzda
zaman keçdikcə
hər şey dəyişir: mühit, cəmiyyət, yaşam tərzi
və ən əsası sən! Yaxşı bəs bu dəyişimi nə üçün
kiməsə görə etməlisən? Mənə elə gəlir "qarşılıqlı edilən bu güzəştlər" heç də içdən gələrək edilmir. Onu
da qeyd edim
ki, güzəşt dedikdə sadəcə dəyişimə yararlı güzəştleri nəzərdə tuturam. Kiməsə görə edilən güzəştlər hardasa yaxşi ola bilər, heç olmasa qarşındakı
üçün. Necə deyərlər, “yola vermək
olar!”
Məncə ən pisi, hətta deyərdim
ki, ən dəhşətlisi kimin üçünsə
dəyişməkdir. Əslində
bu heç dəyişmək də deyil,
dəyişdiyini düşünmək, düşündürməkdir. Belə
deyim: mən bunu necə
başa düşürəm, ya da niyə
belə reaksiya verirəm? Mənə elə gəlir ki, bu
tamamilə sünilikdir. Bu dəyişim nəticəsinin nə sənə, nə də uğrunda dəyişdiyin insana bir
xeyiri yoxdur.
Deyəsən bir az
tezdir nəticə
haqqında danışmağa. Bu
dəyişim necə və
nə üçün baş verir?
Yenə
bir qiz-oğlan münasibətini nümunə
çəkəcəm ki, əslində
elə bu cür
dəyişim adətən bu münasibətlərdə olur. Məsələn, bir oğlanın qizdan xoşu gəlir,
yaxud da ona
simpatiyası olur və o
başlayır bir növ qızı
təqlid eləməyə. Qız rəsmnən məşğul
olur,rəssamlıq məktəbinə gedir, dərnəklərə yazılır və s.
Oğlan da başlayır bunları eləməyə: heç istəmədiyi halda rəsm dərslərine gedir, sırf qızın getdiyi dərnəyə gedir və sair.
Sonra başlayırlar danışmağa, oğlanda dediyimiz “dəyişim” başlayır. Qz da tədricən oğlanla
necə uyğun olduğunu
düşünməyə başlayır. Əslində isə heç ağlınada gəlmir
ki, oğlanın həyatı
boyu eşitdiyi
yeganə rəssam Leonard do
Vinçi idi ki,
onu da VIII
sinif tarix dərsliyində oxumuşdu. Onu da qeyd
edim ki, bəzən belə dəyişimlər sona qədər olmur. Yəni yorulanda, ya
da artıq
mənasız gələndə bu prosesi dayandırır. Axı bu onu həyatı deyil! Belə deyə bilərsiniz ki, bunun
nəyi pisdi? Axı
o cəmiyyətə qoşulur, qızın sayəsində
sosiallaşır. Mən demirəm
bu pisdi, təbii ki, sosiallaşmaq, dünya görüşünün artması pis
deyil. Amma men onu
deyirem ki, nəyə görə bunu kimin üçünsə
etməlisən? Əslində belə olduğu halda həm qarşındakını, hətta ətrafındakıları,
həm də özünü aldatmış olursan. Məncə özün kimi olmaq ən gözəlidir.
Belə dəyişim təkcə qız-oğlan münasibətlərində
olmur, təbii ki. İnsan ətrafındakılara ayaq uydurmaq üçün də bu yola əl atır. Yəni,
özünə və ətrafındakılara dəyişdiyini, daha doğrusu, onlar kimi olduğunu göstərmək
istəyir.
Əslində fikirlərimlə bir çox insan
razılaşmayacaq. Amma bir az dərindən fikirləşəndə, bu dəyişimlərin, əslində,
insanları aldatmaca olduğunu görərik. Deyərdim ki, belə hallar çox az halda xoş
nəticələnir. Yəni, məsələn, bayaq çəkdiyim misalda qız oglanın həyatından
çıxdıqdan sonar da oğlan rəsmə davam edir və bir həvəs uğrunda başlanan bu iş
gözəl nəticələnir. Amma yenə də qeyd edim ki, çox az halda bu belə olur. İstəyərdim
ki, kimin üçünsə yox, lazım olduğu üçün və gərəkli istiqamətə dəyişək.
Nur Abbas