Nizamnamə
1. Ümumi müddəalar
1.1 Son
təşkilatı bir maarifləndirici təşkilatdır.
1.2
Məqsədimiz öz aramızda biliklərimizi
bölüşdürürərək maariflənmək və maarifləndirməkdir.
1.3
Bu təşkilat heç bir dini və siyasi quruma tabe
olmayıb, müstəqil şəkildə fəaliyyət göstərir.
2.Təşkilatın fəaliyyəti və idarəetmə strukturları
2.1 Təşkilat:
2.1.1 Müxtəlif
seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, digər
mədəni-kütləvi tədbirlər keçirir.
2.1.2 “SON” Təşkilatı məqsəd
və faliyyətini açıq surətdə yayır.
2.1.3 Təşkilatın ali orqanı
ümumi yığıncaqdır.
2.1.3 Ümumi yığıncaq ildə 2 dəfədən
az olmayaraq çağırılır.
2.1.4 Ümumi yığıncaq üzvlərin
1/4 , İdarə heyətinin 3/5-nin təşəbbüsü ilə növbədənkənar çağırıla bilər.
2.1.5 Təşkilatın nizamnaməsinin
qəbulu və ona dəyişikliklər edilməsi
2.1.6 Maliyyə məsələləri üzrə problemlərin həlli
2.1.7 İdarə heyətinin sayında dəyişiklik edilməsi
2.1.8 Təşkilatın rəhbər orqanlarının hesabatlarının dinlənilməsi
2.2 təşkilatın
idarəetmə strukturları
2.2.1
İdarə heyəti
2.2.2 Koordinatorluqlar
2.2.3
Təftiş komissiyası
3. İdarə heyəti
3.1 Təşkilat 5 nəfər olmaqla idarə heyəti tərəfindən
idarə edilir.
3.2 İdarə heyəti üzvlər arasında səsvermə ilə
seçilir. Seçkilər hər 6 aydan bir təşkil edilir.
3.3 Təşkilata üzv olan hər bir kəs idarə heyətinə
namizədliyini verə bilər.
3.4 Səsvermənin yekunlarına görə seçkili
orqanın say tərkibi təmin edilmirsə, onda əlavə seçkilər keçirilir və ya
seçkili orqanın say tərkibinə yenidən baxılır.
3.5 Rəhbər orqanın etimadını doğrultmayan
üzvlər rəhbər orqanın tərkibindən çıxarılır. Çıxarılma məsələsi təftiş
komissiyasının səlahiyyətindədir.
3.6 İdarə
heyətinin fəaliyyyətlərinə aşağıdakılar daxildir:
3.6.1 Təşkilatın fəaliyyəti haqqında qərar qəbul etmək
3.6.2 Təşkilatı tərəfdaşlar arasında təbliğ etmək
3.6.3 Təkliflər və layihələr haqqında təşəbbüs irəli
sürmək
3.6.4 Ali orqan
olan ümumi yığıncağın işini təşkil etmək
3.7 İdarə heyətinin yanında koordinatorluqlar fəaliyyət
göstərir. Əsas koordinatorluqlar aşağıdakılardır:
3.7.1 Təşkilatı işlər üzrə
koordinator
3.7.2 Maaliyyə işləri üzrə
koordinator
3.7.3 Üzvlərlə iş üzrə
koordinator
3.8 Koordinatorluqlar
idarə heyəti tərəfindən təyin edilir. Koordinatorluqun
işindən razı qalınmazsa idarə heyəti tərkibi
dəyişmək hüququna malikdir.
4
Üzvlərlə
iş
4.1 Üzvlərin hüquqları
4.1.1 Təşkilata könüllü qatılmaq
4.1.2 Təşkilatın rəhbər vəzifələrinə seçilmək
4.1.3 Təşkilatın fəaliyyəti barədə məlumat
almaq
4.1.4
Sərbəst şəkildə mühazirə və
seminarlar təşkil etmək
4.2 Üzvlərin vəzifələri
4.2.1 Təşkilatın
işində fəal iştirak etmək
4.2.2 Təşkilatın
qərarlarını rəhbər tutmaq
4..2.3 Etikanı
gözləmək
4.2.4 Üzvlük haqqını müntəzəm ödəmək
4.2.5 Nizamnaməyə əməl etmək
4.2.6 Bir üzv həm idarə heyətinə, həm də təftiş komissiyasına seçilə
bilməz.
4.2.7 Qaydaları pozmaq və başqa xətalara görə üzvlər, tənbehdən təşkilat
üzvlüyündən çıxarılmağa qədər cəzalandırıla bilərlər.
4.3 Üzvlükdən çıxarılma
4.3.1 Üzvlər aşağıdakı hallarda üzvlükdən məhrum ola bilərlər
4.3.2 Təşkilat ləğv edildikdə
4.3.3 Könüllü olaraq təşkilatın sırasını tərk
etdikdə
4.3.4 Nizamnamənin qaydalarına əməl etmədikdə
4.3.5 Üzvlükdən çıxarılan şəxs təftiş komissiyasına
müraciət edərək öz hüquqlarını tələb edə bilər
5. Təftiş komissiyası
5.1 Təftiş komissiyası idaretmə orqanlarının
işinə nəzarət edir.
5.2 Təftiş komissiyası tam müstəqi olaraq
idarəetmə strukturlarından asılı olmayaraq fəaliyyət göstərir.
5.3 Təftiş komissiyası ümumi səsvermə üsulu
ilə 6 ay müddətinə seçilir
5.4
Komissiya üzvləri üzvlərin şikayət və məktublarına 5 gündən gec
olmayaraq müddətdə cavab verməlidir.
5.5 Təftiş komissiyasının tərkibi 3 nəfər müəyyən
edilmişdir
5.Digər şərtlər
5.1 Nizamnaməyə əlavə və dəyişikliklər ümumi yığıncağın qərarı ilə həyata
keçirilə bilər.
5.2 Nizamnamədə nəzərdə tutulmayan maddələr Azərbaycan
Respublikasının Konstitusiyası ilə nizamlanır.