Tem212013

Ana Plata

Ana lövhənin quruluşu

    Ana Plata kompüterin ən önəmli hissəsidir deyə bilərik. Ana plata kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərir və onları iadər edir. Ana plata üzərində kompüterin işləməsi üçün vacib elementlər yerləşir. Bir Ana plata system hissələri arasında əlaqələndirmə yaradar. Elementar bir Ana plata mikroprosessor, RAM və digər hissələrdən ibarətdir.  Sərt disk ( HDD ), video və səs kartları və digər hissələr isə birləşdirici vasitələrlə Ana plataya birləşdirilir.
Ana plataya əsasən aşağıdakı qurğular birləşdirilir.
-         CPU (prosessor ) və onu soyutmaq üçün soyutma fanı
-         Xarici keş yaddaş
-         RAM yuvaları
-         Müxtəlif kartlar ( Şəbəkə kartı, video kart, səs kartı və s. ) üçün yuvalar
-         BİOS
-         HDD, CD-ROM  kimi disklərin qoşulması üçün protativ yuvalar
-         Kompüterin müxtəlif qurğularını idarə etmək üçün mikrosxemlər
-         Şinlər

Ana plata müxtəlif adlarla ( motherboard, materinka, system lövhəsi, ana kart) tanınır. Bu qurğunun istehsalı ilə əsasən IBM, Gigabayte, Asus, Asrok, Foxcon, Biostar, Mercury və s. istehsalçı şirkətlər məşğul olurlar.