Bəşəriyyət yaranan gündən bu
sualı özünə verir.Şübhəsiz,əksəriyyətimizə ölüm barədə danışmaq çox çətindir.Bu,əsasən iki səbəblə izah
olunur.Onlardan biri pisixologiyi və ya mədəni mahiyyət daşıyır.Ölüm mövzusunun
özü tabudur, qadağandır, hətta fəhmlə anlayırıq ki,onun hər hansı forması ilə
rastlaşanda biz mutləq öz xüsusi ölümümüzün mənzərəsi ilə üzləşirik,ölüm
səhnəmiz bizə daha real və yaddaqalan olur.Məsələn,tibbdə oxuyan tələbərlərin
əksəriyyəti anatomiya laboratoriyasının astanasından ilk dəfə içəri girəndə
ölümlə qarşılaşma səhnəsinin necə təşviş doğurmasını,xoşagəlməz hisslərin oyatmasını yaxşı
xatırlayır.Əməliyyat stolunda gördüyü meyit tələbələrin öz ölümünün simvoludu.Hər
halda yarışüurlu olsa da ,belə fikirləşirlər:”Bu,mənim də başıma gələcək”.
Beləliklə,pisixoloji noqteyi-nəzərdən ölüm haqqındakı söhbətlərə də
başqa səviyyədə,ölümə yaxınlaşma baxımından yanaşılmalıdır. Bu söhbətlər çoxlarının
şüurunda ölümün elə obrazını yaradır ki,onlar öz axırlarının yaxınlaşmasını
belə hiss etməyə başlayırlar.Odur ki.özlərini
bu pisixoloji sarsıntıdan qorumaq üçün adamlar bacardıqları qədər yuxarıdakı
söhbətlərdən qaçmağa çalışırlar.
Ölüm haqqında söhbətin çətinliyinin ikinci mürəkkəb səbəbi dilimizlə
bağlıdır.İnsan nitqinin əsasını təşkil edən sözlər fiziki hissiyatlarımız-la
qavradığımız vasitələrə aid edilir.Ölüm isə şüurlu təcrubələrimizin hədlərindən
kənardadır.çünki bizim çoxumuz bu həddi keçməmişik.
Beləliklə,əgər biz ölümdən danışırıqsa,onda gündəlik təcrübəmizun
əsası olan həm sosial,həm də dil tabularından uzaq olmalıyıq.Ölümü və ya ölmə
prosesini bu həyatda bizə məlum olan,uyğun görünən şeylərlə bərabərləşdiririk.Məsələn,ölümün
yuxu ilə müqayisəsi buna əyani nümunədir.Ölməni biz yuxulamağa bənzədirik.Belə
ifadəyə gündəlik nitqimizdə və şüurumuzda rast gəlirik.Başqalari ölmü unutmağa
bənzədirlər.Belə ki,insan öləndə bütün dərdlərini unudur,əzablı və xoşagəlməz
xatirələr yoxa çıxır.
“Yuxulama” və “unutma” ilə bağlı bənzətmələr nə qədər köhnə olub,geniş
yayılsa da,onları qənaətbəxş hesab etmək olmaz.Hər biri ayrı-ayrıliqda eyni
fikri ifadə edir.Ölüm sadəcə şüurumuzun tamamilə yox olmasıdır.
Ölümün-şüurun tam yoxa çıxmasının əksinə yönələn
digər fikir də vardır.Bu qədim konsepsiyaya əsasən,fiziki bədən tam
funksiyasının
Itirib dağılandan sonra
da,insan vicudunun müəyyən hissəsi yaşamaqda davam edir.Daim mövcud olan
bu hissə” psixika” ,ruh, şüur, ”mən” , varliq, idrak və
s.adlanır.Lakin adlar müxtəlif olsa da,insanın fiziki ölümdən başqa dünyaya
köçməsi onun ən qədim inamlarından biridir.
Platon ölümü canlı varlığın daxili
aləminin ayrılması kimi,yəni ruhun öz fiziki hissəsindən ayrılması kimi təyin
edir.O,şubhə etmirdi ki. biz öz fiziki varlığımızdan
ayrılma halı keçiririk.
Həyat həbsxananı xatırladır.Amma
yaşayarkən bədənmizin bizim üçün həbsxana olmasını dərk etmirik.Ölüm sanki
həbsxanadan azadlığa çıxış yoludur.Məncə, bu,yuxarıdakı sualın ən yaxşı
cavabıdır.
Zəfər İsmayılov