Dünya mədəniyyəti tarixinə Leonardo rəssam kimi daxil olmuşdur. Onun sənət əsərləri dünya mədəniyyətinin ən qiymətli əsərlərindən hesab edilir.
Leonardo Florensiyanın yaxınlığındakı Vinçi şəhərciyində varlı notarius ailəsində anadan olub. O, kiçik yaşlarından rəssamlığa böyük maraq göstərirmiş. Rəssamlıq sahəsində onun ilk müəllimi Florensiya rəssamı Andrya del Verrokkio olmuşdur. 1472-ci ildən 1482-ci ilə kimi Leonardo Florensiyada yaşayıb-yaratmış, sonra isə Milan şəhərinə köçmüşdür. 1499-cu ildə Milan Fransızlar tərəfindən zəbt olunanda O, Florensiyaya qayıtmışdır.
1516-cı ildə Fransa kralının dəvəti ilə o, Fransaya köçmüş və 2 may 1519-cu ildə vəfat etmişdir.
Leondardo da Vinçi-ən böyük dahi Leonardo universitet alimi olmamış, həyatı boyu hər şeyi bilmək istəyən və öz-özünə öyrənən olmuşdur. O, 20 yaşında ilk «Mələk» adlı əsərini yaratmışdır. Leonardonun işləri elm və mədəniyyət tarixində gurultulu mənaya malikdir. Onun yaradıcılığı orta əsrdə köhnə mədəniyyət əvəzində yenisinin yaranmasına səbəb olmuşdur.
O, Qaliley, Dekart, Kepler, Nyuton və başqa təbiətşünaslığın əsasını qoyanların həqiqi sələfi olmuşdur.
Leonardo da Vinçi böyük heykəltəraş, rəssam və memar olmaqla həm də böyük alim: riyaziyyatçı, fizik, mexanik, mühəndis və astronom, fizioloq və nəbatatçı, musiqişünas olmuşdur.
Leonardo da Vinçinin qeydlərində incəsənət haqqında müdrik fikirlər, dağların mənşəyi haqqında ehtimallar, ulduzlar və başqa səma cisimləri haqqında düşüncələr, müxtəlif maşın çertyojları vardır. Qeyd etməliyik ki, Leonardo da Vinçinin 7 minə qədər əlyazması gəlib bizə çatmışdır. Bu yazılardan birində o, Yerin fırlanmasını təsvir edir ki, bu Kopernikin kəşfindən 40 il əvvəldir.
