Video kartlar


    VideoKart, kompüterdə toplanan informasiyanın monitorda əks olunmasını təşkil edən hissədir.  Yəni, biz monitordə nə görürüksə onu monitora görüntü kimi ötürən məhz video kartdır. Kompüterləri video kartsız təsəvvür etmək mümkün deyil. Bu hissə ana lövhənin üzərində yerləşir. Hal- hazırda video kart istehsal edən 2 əsas şirkət vardır: NvidiaAti. Bu şirkətlər arasındakı rəqabət videokartların daha da təkmilləşməsinə səbəb olmuşdur.
Bu karta aşağıdakı hissəciklər birləşdirilir:
·        Görüntü prosessoru ( GPU )
·        Video-RAM
·        RAMDAC  ( İngiliscə açılışı: Random Access Memory Digital/Analog Converter )
Vide kartın quruluşu
  Video kart ilk dəfə Apple II kompüterində istifadə edilmişdir. IBM şirkəti 1981-ci ildə tək rəngə sahib video kartlarla təchiz edilmiş kompüterlər bazara çıxarmışdır. Daha sonra Hercules şirkəti 1982-ci ildə daha bacarıqlı  video kart olan Hercules Graphis Card adında məhsulunu bazara çıxardı.
Aşağıda rəngli görüntü ötürən videokartlar sıra ilə verimişdir.
1981-ci ildə CGA (Color Graphics Adapter),
1984-ci ildə EGA (Enhanced Graphics Adapter)
ATİ firmasına məxsus GPU
PS/2 modellər üçün MCGA ve VGA (Video Graphics Array)
1989-cu ildə IBM şirkəti videokart bazarında rəqabətə tab gətirə bilmirdi. Getdikcə bu bazardan çəkilməyə başladı.
Hazırki, dövrdə bütün kompüterlərə aid video kartlar VGA modunu ( yəni 16 rəngli 640 x 480 piksel ) dəstəkləməkdədir.
1990-cı ildən etibarən Video prosessora sahib video kartları təkmilləşdirilməyə başlanılmışdır.
1996-cı ildə Kaliforniyalı 3dfx Interactive tərəfindən 3D sürətləndirici 3dfx Voodoo Graphics video çipsetləri təkmilləşdirilmişdir. Bu çipsetlərin köməyi ilə kompüterlərlə 3D aləmində geometrik şəkillərin ( Texture mapping ) hazırlanmasına nail olunmuşdur.
   Video kartlar sürətlə inkişaf etdikcə onların enerji sərfiyyatı da artır. Artıq o dərəcəyə gəlmişdir ki, kompüterdə ən çox enerji sərf edən hissə video kartdır. Təxminən 75 watt həcmində enerji sərfiyyatı aparır.

Rəsul Mirzəyev