Bozbaş yığını


   Adından da göründüyü kimi bozbaş. Bu ifadə boş yerə yaranmayıb. Artıq vəziyyət o yerə çatıb ki, “bozbaş” deyəndə ağıla ilk gələn yemək adı yox məhz şoubiznes nümayəndələri gəlir və gəlməlidirlərdə. Çünki, nə kimi səviyyəsiz hallar desən bu “bozbaş” yığınında tapmaq olar. Həmçinin cürbəcür heyvan növlərinə də rast gəlmək mümkündür: Pişiyindən, əjdahasından tutmuş nəbilim çaqqalına kimi. Maraqlı hal odur ki, onlara verilən bu adlarla fəxr edənləri də var. İş sənət söhbətinə gəldikdə isə hamısı özünü yerə-göyə sığdırmır. Biri başa salsın ki, mənə bunlar hansı sənətə görə belə fəxr edirlər?  Hər gün televiziya kanallarında  bir-birlərini söymək “sənətinə” görə, yoxsa Rəşid Behbudovun, Şövkət Ələkbərovanın miras qoyduğu sənətə görə. Əminəm ki, aranızda 2-cini deyən olmaz. Əslində problemin mənbəyinə vararkən bir çox amillə qarşılaşırıq. Bunlardan biri də televiziya kanallarımızın sözün əsl mənasında səviyyəsizliyidir. Həmin kanallar “reytinq” toplamaq adı altında  müxbirlərinə bir kamera və bir mikrofon verərək yollayır “bozbaş” müğənninin birbaşa yataq otağına desək yanılmarıq. Həmin müxbir yataq otağında nə var, nə yox çəkir və xalq da maraqla bunu seyr edir. Görəsən onların mənəviyyatsızlığı və əxlaqsızlığı yaymaqda məqsədi nədir? Tapsaz mənə də deyərsiz...
   Həmin tv-lərdə yayımlanan maqazin verilişləri isə müğənnilərin qalmaqallarını ekrana elə çxarır ki, elə bil it boğuşdurur.  Təbii ki, “gündəm”də qalan müğənniləri də bu qane etməyə bilməz. Əslində bu problemlər zəncirvari şəkildə bir birinə bağlıdır. Deyərdim ki, ən asas problem elə tvlərdədir.  Sonra onların “reytinq” qazanmasına kömək edən “bozbaş”lar. Daha sonra isə onlara reyqinqi verən biz – xalq. Tamaşaçı kütləsi olmasa belə verilişlər də yaranmaz.  İndi burda belə bir sual verim. Belə olan halda media insanları yönləndirir, yoxsa insanlar medianı? Bunu da tapsaz deyərsiz... Lap bu toyuq yumurta məsəlinə bənzədi. Tv-lər və onların verilişləri millətin ağıl və düşüncəsindən xəbər verən atributlardır. O zaman başqa millətlərin bizim haqqımzda olan düşüncələrini təxmin etmək çox da çətin deyil.
Acınacaqlı hal odur ki, bu “bozbaş” dediklərimizin  içərisində xalq artistləri kifayət qədər var. Onlar həqiqətən xalqın artistləridir yoxsa ... Nə isə

Bunlara xalq artisti deyəndə gərək adam ağzını 96 %-lik spirtlə dezinfeksiya eləsin. Nə isə başınızı çox ağrıtmayım. Bu problemlərin həll olması üçün gərək Azərbaycanda sunami filan ola yuyub apara amma heyif ki, Xəzərdə sunami də olmur. Neynəyək yaşamalıyıq belə.

Rəsul Mirzəyev