Biz doğulanda
ikiüzlü doğuluruq. Yox, yox, mən bunu pis mənada demədim. Axı həqiqətən biz belə
doğuluruq: sağ ve sol üzümüz. Amma, təbii
ki, mənim bu üzümüzdən danışmaq fikrim yoxdur. Bizim bir də görülməyən üzümüz,
bəlkə də üzlərimiz var.
Çox vaxt əsəbləşdiyimiz
zaman işlətdiyimiz "mənim o biri üzümü görməmisən" cümləsindəki
"o biri üzümüz" kimi. Mənim o biri üzüm! Hansi? Görünməyən o biri
üzümüz. Elə burdaca bir üzümüz ortaya çıxır. Demək olar ki, bu üzdən hər kəsdə
var. Hami əsəbləşəndə başqa cür, normal
vaxtlarda da başqa cür olur axı. Görünüşcə təhlükəli olan bu üzümüz əslində o qədər
də təhlükəli deyil. Bizim daha da təhlükəli üzlərimiz var. Hansiki həm özümüzə, həm də başqalarına
ziyandır. Bu üzümüz nə vaxt özünü göstərir? Necə olur?
İnsanların
üzünə gülüb, içdənsə onlara nifrət edirik, onlar üçun yaxşi olmasını istəmirik.
Bax elə bu bizim əsl görünməyən üzümüzdür. Ümumiyyətlə insanları incitməyi
sevirik, nə yolnan olur olsun. İstər mənəvi, istərsə də fiziki. Həmişə mübarizədəyik,
həmişə yarişdayiq, qısqanırıq, qısqanclıqdan incidirik. Bunlar bizim qarşı tərəfdən
görünməyən üzümüz sayəsində baş verir. İnsanlıq bir üzlü olmağı bacarmır, heç cəhd
də göstərmir. Beləcə davam edirik.
Və bir üzümüz
daha varki bu az insanda var. Gülüşün arxasında gizlənən, çox az insan tərəfindən
görülən, hüzünlü, kədərli üzümüz. Bəzi insanlar hər zaman gülümsəyirlər, ətraf onları
nəşəli, həyat dolu insanlar kimi tanıyır. Belə insanların çoxunun gülüşünün altında
hər zaman bir hüzün yatır. Göstərmədiyi kədəri. Unutmayaqki, insanlar hər zaman
ürəkdən gülmürlər axı. Gülüş onların hüzünlü üzlərini gizlətmək üçün istifadə etdikləri
pərdə və yaxud da maska olur yalnız. Bu kədəri çox az insane görə bilər. Belə insanlar
o kədəri çox ustalıqla gizlədə bilirlər. Hər gün insanların yeni üzünü kəşf etməkdən
yoruluruq. Belə çetindi məgər hər zaman eyni cür olmaq? Niyə o boyda əziyyət çəkib
hər dəqiqə bir üzə giririk? Əslində olduğumuz kimi, yəni əvvəlcədən necəyiksə elə
qalmaği bacarmırıq. Ya özümüz istəmirik, ya da ətrafımız icazə vermir. Çox insanda görünən üz sadəcə maska olur, maskanın altındakını
ise ondan başqa heç kim bilmir. Bəzən göstərir üzünü, yaxud da üzlərini. Bunun üçünsə
onu sadəcə birazcıq incitmək, ya da nə isə xoşuna gəlməyən bir şey etmək kifayətdir.
Tanıdığımızı düşündüyümüz insan elə bir üzünü göstərər ki, bizə onu tanıdığımız
günə lənət oxuyarıq. Düşünəndə, göstərməsi yaxşıdı, əslində. Bəzəndə elə olurki
uzun bir müddəti, bəlkədə bir ömrü maskalanmış bir üzlə keçirirsən. Heç xəbərin
belə olmadan.
İnanıram, hətta
əminəmki, yaşadığımız dövrdə maskalanmiş üzlər heçdə az deyil. Vəzifəli şəxslərdən
tutmuş adi vətəndaşlara qədər. Kimin nece olmasını anlamaqsa ya qarşımızdakına qalmış,
ya da təcrübəmizə. Çalışaq bir-birimizi çox da əziyyətə salmayaq. Üz sayımızı azaldaq!
Nur Abbas