“Xoşbəxtliyi
uşaqlardan soruş” deyirlər. Bu yanaşma da bütün usaqların xosbəxt olduğu anlamına
gəlir . Həqiqətən belədirmi?
Usaqlar nə istəyir? Onlar həqiqətən
xoşbəxtdirmi? Biz onlara belə yanaşırıq: uşaqları aldığımız oyuncaqlarla, rəngli
geyimlərlə, müxtəlif şirnilərlə xoşbəxt edirik. Əslində uşaq dünyası bundan ibarət
deyil. Onların da kiçik ürəyinə uyğun istəkləri, xoşbəxt olma səbəbləri var. Bəsit
bir misal gətirim: bir uşaq üçün alınan ən böyük, bahalı bir oyuncaq uşaqın sadəcə
ani diqqətini çəkir. Bir müddət keçən kimi atır kənara ve daha cox adi əşyalara
diqqət göstərməyə başlayır. Deməkki, yanılmışıq. Əslində uşaqlar ətrafındakı süstlü,
diqqət çəkən əşyalarda, hadisələrdə görmürlər xoşbəxtliklərini. Biz böyüklər, həyatımıza
qatdığımız, zövq aldığımız süstlü, diqqətimizi çəkən əşyalarla uşaqlarımızın da
diqqətini çəkmək istəyirik. Çünki biz önəm veririk həyatımızdakı, bəzəkli hadisələrə.
Kiçik yaşlarından onları dəb-dəbəli həyatı sevməyə alışdırırıq. Uşaqlar üçün etdiyimiz
ən böyük haqsızlıq isə, uşaq azadlığını çərçivələyirik. Onların uşaq baxışına
mane oluruq, imkan vermirik istədiyi xüsusiyyətləri özlərində formalaşdırmağa.
Bəzən hərtərəfli təmin olunmuş bir uşaqa kənardan nəzər salanda onun gözlərində
dərin kədər sezilir. Axı o dünyanın pisliklərinin fərqində deyil, nədir axı bu kədər
deyə düşünürük?! O kiçik ürəyi fərqinə varmaz axı olanların?! Nümunə üçün belə bir
yanaşma götürək. Üç fərqli mühitdə böyüyən uşaq: Uşaqlardan biri uşaq evində böyüyüb,
bütün maddi ehtiyacları dövlət tərəfindən ödənib. Ama hər cür qayğı ilə əhatə olunsa
da onu xoşbəxt olmağa qoymayan daxilində bir boşluq var. Valideyn nəvazişi… O,qarşıdan
atası ilə gedən uşağa həsədlə baxır.
Ondan qarşıda gedən uşaqda,
özündən qabaqdakı atasının əlindən tutub gedən uşağa həsədlə baxır. Onun atası
da var, anasıda. Fikirləşirki, kaş mənim atam da beləcə əlimdən tutardı. Kaş atam
da məni belə sevərdi deyə düşünür.
Amma irəlide atasının əlindən
tutub gedən uşaq tam başqa fikirdədi. O da düşünürki, mən nə vaxt sərbəst olacam.
Niyə atam mənim əlimdən tutub istəmədiyim dərslərə aparır? Hec deme atasinin əlindən
tutub yol getmək hələ xoşbəxt olmaq demək deyilmiş.
Bu kiçik nümunədən belə nəticə çıxır. Gəlin, uşaqlarımızın
arzuları, maraq dünyası ile hesablaşaq. Onların maraq göstərdiyi sahəyə diqqətimizi
əsirgəməyək. Uşaqlarımıza şəxsiyyət kimi baxaq. Uşaqların valideynlərindən istədiyi
münasibət sadəcə nəvazişdi. Nəvazişlə böyüyən uşaq dünyanı gözel görəcək ve şəxsiyyət
kimi formalaşacaq. Sabahımızın xilası olan uşaqlarımızın nə istədiyini anlamağa
çalışaq. Uşaqlar nə istəyir? Onlar sadəcə
öz dünyalarında azad yaşamaq. Anlayış və nəvaziş istəyir. Gəlin, bu uşaq dünyası
adlandırdığımız əslində böyük, saf dünyanı küçümsəməyək. Daxil ola bilmədiyimiz
gözellik dolu dünyanı sadəcə seyr edək ve zövq alaq. Uşaq dünyasına öz baxışlarımı
qeyd etdim. İnanıramki, uşaqlar nə istəyir sualına tam olmasa da cavab tapa
bildimJ
Məmmədova Naciə
