“APPLE” Texnologiya nəhənginin tarixi



     Hazırda bəhs etdiyimiz şirkət dünyanın nəhəng şirkətlərindən biri olub PC Kompüter, telefon, audiopleyer və digər yenilikləri ilə fəaliyyətini davam etdirir. Apple özünün iPod, iPhone, MacBook, iBook, PowerBook kimi məhsulları ilə tanınır.  Hal hazırda bu şirkətin dünya miqyasında 317 ofisi və 323 Apple Store mağazası fəaliyyət göstərir.
     Bu uğurlara nail olmuş şirkət 1 aprel 1976-cı ildə  Steve Jobs və Steve Voznyak tərəfindən Steve Jobsun qarajında fəaliyyətə başlamışdır. Bu iki dostun texnologiya sahəsinə xüsusi maraqları var idi. Onların bu maraqları onları 1972-ci ildə Hawlett Packard şirkətində işləmələrinə kömək olmuşdur.  Steve Voznyak kompüter sahəsində geniş biliyə malik idi. Steve Jobs isə ən çox bu sahədə satışın təşkilində ixtisaslaşmışdı. Təbii ki, bu 2 dahinin bir araya gəlməsi texnologiyada bir inqilaba səbəb olacaqdı. Daha sonra onların sırasına digər şəxs- Ron Vayne daxil oldu.  Bu şirkətin ilk məhsulu “Apple I” oldu.  S. Jobs başlanğıcda 50 sifariş almağa nail oldu.  Sonradan bu satış rəqəmi 200-ə yüksəldi. Bu uğurdan həvəslənən üçlük yeni Apple seriyası üzərində işləməyə başladılar. Çox keçmədi “Apple II”ni bazara çıxardılar. Bu məhsulla Apple Commore və Tandy Radio kimi şirkətlərə qalib gələrək dünyada ən çox satılan kompüter oldu. Artıq bundan sonra şirkət daha böyük məqsədlər uğruna çalışmağa başladı. IBM ilə rəqabətə girmək üçün “Apple III” kompüterini satışa çıxardı. Lakin “Apple III” uğursuzluğa uğradı. 1981-ci ildə S. Voznyak təyyarə qəzasında yaralanır və bir müddət şirkəttən uzaqlaşmalı olur. Bununla paralel olaraq şirkətin satışı da qaneedici səviyyədə deyildi. Bunu görən S. Jobs şirkət əməkdaşlarn ixtisara salmalı oldu. Jobs problemi həll etmək üçün atdığı addımlardan biri də Djon Skallini şirkətin prezidenti təyin etməsi olur. Bu Jobsun səhv qərarlarından biri idi. Çox keçmədən  nəticəsini göstərir. Skalli ilə Jobsun problemləri başlayır, çünki Jobs şirkətin problemlərini özününki kimi qəbul edir və bu vəziyyət onu çox narahat edirdi.
   1984-cü ildə Apple 32 bitli Macintosh-u təqdim edir. Macintosh kifayət qədər rəğbət qazanmağa nail olur.  Applenin bu uğuruna görə ABŞ prezidenti R. Reyqan 1985-ci ildə  Jobs və Voznyakı bu uğurlarına görə medalla təltif edir. Bundan sonra Jobs şirkəti tərk edir. Jobs Appleni tərk etdikdən sonra özünün NexT şirkətini qurur.
   1990-cı ildən başlayaraq şirkətin vəziyyəri pisləşir.  Bu zamanda Skallinin yerinə M. Spindler keçir. Spindler işinə başlayar- başlamaz şirkət işçilərinin 15% -ni ixtisara saldı.  Spindler Mac OS əməliyyat sistemini Radius, Motorola, və Pover Computing kimi  şirkətlərin məhsullarında istifadə edilməsinə nail oldu. Spindler çox çalışsada şirkəti bataqlıqdan çıxara bilmədi. Rəhbərlik vəziyyəti belə gördükdə Jobsun qayıtmasın xahiş edir. Jobs şirkətə qayıtdıqdan sonra vəziyyət müsbətə doğru dəyişməyə başlayır. Düzdür, əvəllər Microsoftla rəqabətdə uduzur. Amma sonradan vəziyyəti düzəlməyə başladı. Jobs vəziyyəti düzəltmək üçün Apple Store-nin açılmasına nail oldu. Applenin əsas həmləsi isə iMac oldu. Bu məhsul 1 il içərisində tam 1 milyon ədəd satıldı və müştərilərinin 43 faizinin ilk kompüteri iMac olmuşdur. Bu uğur nətixəsində Apple artıq düşmüş olduğu ağır vəziyyətdən çıxmağa nail oldu.
   Apple 2001-ci ildə iPod adlı musiqi pleyer məhsulunu bazara çıxardı. Apple əsas addımını isə 2007-ci ildə telefon bazarına qoşulmaqla atdı. Bu bazara qoşulmağı təmin edən isə iPhone oldu. Çox qısa müddətdə bu mobil telefonlar kifayət qədər rəğbət qazandı. Hal hazırda iPhone-yə Apllenin əsas silahı da deyə bilərik. Şirkət hal-hazırda texnologiya bazarında öz məhsulları ilə ön planda qərarlaşıb.



Mirzəyev Rəsul