Müasir cəmiyyəti və dövləti konstitusiyasiz təsəvvür
etmək mümkün deyil.Hər hansi bir dövlət konstitusiyaya malik olmadığı zaman (məsələn:Böyük
Britaniya) vacib hakimiyyət instutlarını faktik olaraq konstitusiya
funksiyalarını yerinə yetirən tarixi ənənələr və xüsüsi qanunvericilik aktları əsasında
qurur. Formasından asılı olmayaraq konstitusiyaya dövlətin fəaliyyətini tənzimləyən
təşkilatlar,qanunlar,qaydalar,normalar daxildir. Dar mənada, məsələn, konstitusiya
rejimindən danışıldıqda bu rejimin və yaxud hakimiyyətin özbaşına,yəni istədiyi
kimi deyil, müəyyən qaydalar və normalarla hərəkət etdiyi nəzərdə tutulur. Konstitusionalizm
isə idarə olunanlarla uzlaşma əsasında yaranan idarəçiliyi səciyyələndirən və əsaslandıran
nəzəriyyə və yaxud ideya kompleksidir.
Konstitusiyanin əsas məğzi dövlət quruculuğunun təməl
prinsiplərinin, vətəndaşların hüquq və vəzifələrinin sərhədlərinin və
azadliqlarının ən uyğun şəkildə təmin edilməsi üçün hakimiyyyətin bölünməsi və məhdudlaşdırılmasıdır.Konstitusiya
dinamik bir balansın yaradılmasına kömək edir: ictimai nizam-intizamı və idarəçiliyin
effektivliyini təmin edə biləcək həcmdə dövlətə ixtiyari səlahiyyətlər ayırıb
verir və eyni zamanda, vətəndaşların azadlıqlarının qanunsuz olaraq
azaldılmasını önləmək məqsədilə bu səlahiyyətləri məhdudlaşdırır. Konstitusiya
müxtəlif hakimiyyət qolları arasında imtiyazların və səlahiyyətlərin üfqi və
şaquli müstəvidə bölgüsünü müəyyənləşdirir, hansi
orqanlarin (qanunverici,icraedici və məhkəmə, mərkəzi, regional, yaxud yerli) bunu həyata
keçirəcəyini təsbit edir. Konstitusiya hakimiyyət orqanlarının formalaşma
qaydalarını, səlahiyyət müddətini, hesabat verməli olmasını,onların bir-birlərinə
qarşılıqlı təsirini, fəaliyyətlərində rəhbər tutduqları üsulları, normaları və
prosedurları müəyyən edir. Elə bununla konstitusiya cəmiyyətin iqtisadi, sosial həyatının
formalarını və dairə çərçivəsini dəqiqliyi ilə cızır.
Konstitusionalizmin təməl daşını məhdudiyyətlər təşkil
etdiyi üçün bu və ya digər məhdudiyyətlər sistemi istənilən konstitusiyada mərkəzi
yer tutur. İdarəetmə çərçivəsini qurarkən istənilən konstitusiya müəyyən dərəcədə
hakimiyyəti məhdudlaşdırmaq mahiyyətindən çıxış edir. Hökümətin fəaliyyətinin bu
və ya digər spesifik yollarının və reallaşdırmaq vasitələrinin təsdiqi isə
artıq özünün varlığı faktı ilə digər yolları və vasitələri qadağan edir. Amma
konstitusiya bir qayda olaraq, irəli gedir və hökümətlərin müstəsna səlahiyyətlərinin
və qoyulan rəsmi üsulların həddini müəyyən edərək hakimiyyəti məhdudlaşdırır. Konstitusiya
mövcud dövlət qanunlarının icrasını təmin etmək məqsədi ilə legitim hakimiyyətin
zor tətbiq etmək kimi müstəsna hüququnu tanıyır.
GÜNEL XƏLİLQIZI